Bəşər Əsəd İran Ali Lideri və Prezidenti ilə görüşüb - Yenilənib

İran Prezidenti İbrahim Rəisi Tehranda səfərdə olan suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə İran və Suriya arasında iqtisadi-ticari əlaqələr müzakirə olunub.

İbrahim Rəisi görüşdə İranın Suriya ilə iqtisadi-ticari əlaqələri genişləndirməkdə maraqlı olduğunu söyləyib.

***

Suriya Prezidenti Bəşər Əsəd İrana səfər edib.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Ali Lideri Seyid Əli Xamenei Suriya Prezidentini qəbul edib.

Görüşdə İran-Suriya münasibətləri, əməkdaşlıq məsələləri müzakirə olunub.

pia.az