Mübariz Mənsimov Əfqanıstanda xidmət edib? - Jurnalist sorğusu

Ötən gün jurnalist Eynulla Fətullayev iş adamı Mübariz Mənsimovun hərbi xidmət keçmişi barədə sorğusuna Müdafiə Nazirliyindən cavab aldığını iddia edib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.E. Fətullayev bir neçə gün öncə biznesmen Mübariz Mənsimovun Sovet ordusu sıralarında Əfqanıstanda döyüşdüyünü yazıb. Jurnalist MN-ə bununla bağlı sorğu göndərdiyini və Nazirliyin bu sorğunu cavablandırdığını bildirib.

Eynulla Fətullayevin bu paylaşımından sonra vətəndaşların hərbi məlumatlarının gizliliyi məsələsi gündəmə gəlib.

Jurnalist Eynulla Fətullayevin iş adamı Mübariz Mənsimovun hərbi xidmət məlumatlarının media sorğusuna cavab olaraq açıqlanması iddiası ilə bağlı Müdafiə Nazirliyinə müraciət etdik.

“Bizim məsələ barədə məlumatımız yoxdur”, - Nazirlikdən sorğumuza cavab olaraq bildirilib.

pia.az