Dolların faiz dərəcəsi rekord dərəcədə artırıldı... - Dünya iqtisadiyyatını nələr gözləyir?

Dolların faiz dərəcəsinin son 6 ayda iki dəfə rekord səviyyədə artırılmasının dünya iqtisadiyyatına hansı təsirləri gözlənilir?...

İqtisadçı-ekspert: “ABŞ-da iqtisadi artımla bağlı olan vəziyyət də ürəkaçan deyil”.

“Federal Ehtiyat Sistemi inflyasiya ilə mübarizə tədbirləri çərçivəsində bu addımları atır”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Federal Ehtiyat Sisteminin dolların məzənnəsinin artırılması qərarını PİA.az-a şərh edərkən qeyd edib.

Federal Ehtiyat Sistemi (FRS) dolların faiz dərəcəsini 0,5 baza bəndi artıraraq illik 0,75 - 1%-ə çatdırıb.

Həmçinin, iyunun 1-dən etibarən FED aktivlərin azaldılmasına başlamaq niyyətindədir ki, bu da ayda 47,5 milyard dollardan başlayacaq. Burada Xəzinədarlıq qiymətli kağızlarındakı aktivlər 30 milyard dollar, daşınmaz əmlak ipotekasında isə 17,5 milyard dollar azalacaq.

Rusiya ilə müharibə fonunda enerji qiymətlərinin kəskin artması nəticəsində son 30 ildə rekord səviyyəyə inflyasiya fonunda ABŞ iqtisadiyyatında nə yaşanır və ABŞ-da iqtisadi böhran əlamətləri görünürmü? Həmçinin dolların faiz dərəcəsinin son 6 ayda iki dəfə rekord səviyyədə artırılmasının dünya iqtisadiyyatına hansı təsirləri gözlənilir?

Dolların faiz dərəcəsinin artmasının nəticələrini PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Hazırda ABŞ iqtisadiyyatının görünən mənzərəsi belədir: infilyasiya yüksəkdir və iqtisadi artımda müəyyən problemlər yaşanır”.

ABŞ-da son zamanlar infilyasiyanın rekord səviyyədə yüksəldiyini və iqtisadi artımda müəyyən problemlərin yaşandığını vurğulayan ekspert PİA.az-a açıaqlamasında qeyd edib ki, hətta ABŞ-da ÜDM-nin azalması da müzakirə mövzusudur. Cəfərliyə görə pandemiya ilə başlayan problemlərin üstünə müharibəni, sanksiyaları da gəlsək, onda dünya iqtisadiyyatında heç də xoş olmayan günlərin, ayların, hətta bəlkə illərin bizi gözlədiyindən xəbər verir:

“Bu ilin əvəlindən ABŞ-da son 40 ilin ən yüksək inflyasiyası qeydə alınıb. Hazırda ABŞ-da inflyasiyanın 8 faizdən yuxarı olduğu göstərilir. Qiymət artımının 40 faizi yanacağa aid olsa da, digər mallarda da artım müşahidə olunur. Bu da təbii ki, həm ABŞ-da, həm də dünyada iqtisadi dairələri narahat edor. Federal Ehtiyat Sisteminin (FES) aldığı son radikal qərar da bununla bağlıdır. FES dolların faiz dərəcəsini qaldırmaqla inflyasiyanın qarşısını almağa çalışır. Yəni FES inflyasiya ilə mübarizə tədbirləri çərçivəsində bu addımları atır. FES-in inflyasiyaya qarşı tədbirlərindən biri də dövriyyədə olan nağd pul kütləsini azaltmaqdan ibarətdir və bunun üçün də artıq t ədbirlər görülür.

ABŞ-da iqtisadi artımla bağlı olan vəziyyət də ürəkaçan deyil. ABŞ iqtisadiyyatının birinci rüb üzrə göstəriciləri açıqlanıb və bu hesabatlarda iqtisadi artım nəzərdə tutulandan xeyli aşağıdır. Birinci rübdə iqtisadi artım ÜDM-nin 1 faizi civarında qeydə alınıb ki, bu da gözləntilərdən çox aşağıdır. Bəzi hallarda hətta ÜDM-in azalmasının ehtimalları da var. Buna görə yenidən dəqiqləşdirici hesablamalar da aparılır.

Natiq Cəfərli: “Geosiyasi və və hərbi problemlər öz həllini tapmazsa, qlobal qıtlıq yaşanması da gözləninləndir”.

Yəni hazırda ABŞ iqtisadiyyatının görünən mənzərəsi belədir: infilyasiya yüksəkdir və iqtisadi artımda müəyyən problemlər yaşanır. Pandemiya ilə başlayan problemlərin üstünə müharibəni, sanksiyaları da gəlsək, dünya iqtisadiyyatında heç də xoş olmayan günlərin, ayların, hətta bəlkə illərin bizi gözlədiyini söyləyə bilərik. Dünya iqtisadiyyatı hə enerji böhranı, həm də müharibə səbəbindən qida böhranı yaşamaqdadır. Son aylar bütün dünyada qida məhsullarının da qiyməti sürətlə artmaqdadır. Bunun üzərinə dünya valyutası olan dolların faiz dərəcəsinin artırılması da böhranın daha uzun vədəli ola biləcəyindən xəbər verir. Çünki ABŞ iqtisadiyyatı qlobal iqtisadiyyatın sinir və qan dövriyyəsi mərkəzidir və bu mərkəzdə baş verən hər bir fəsad bütün dünya iqtisadiyyatına sirayət edir.

Əgər istehsal sahlərinə sərmayə qoyuluşlarının azalması baş verərsə, onda qlobal iqtisadi böhran daha da böyüyəcək. Yəni geosiyasi və və hərbi problemlər öz həllini tapmazsa, qlobal qıtlıq yaşanması da gözləninləndir. Pandemik problemlərin minimuma enməsi sevindirici olsa da, Çində pandemik vəziyyətin sərtləşməsi də bir o qədər narahat edici amildir”.

Nərminə UMUDLU pia.az