Ukrayna Ordusu Xarkov və İzyum istiqamətində əks-hücuma keçib

Ukrayna müdafiə qüvvələri Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı teleqramda bildirib.

O həmçinin Rusiyanın öz qüvvələrini Luqansk istiqamətində cəmlədiyini, xüsusilə Popasna, Kreminna, Torske rayonlarında şiddətli döyüşlərin getdiyini vurğulayıb.

Qeyd edək ki, Valeri Zalujnı bu barədə amerikalı həmkarı general Mark Millini məlumatlandırıb.

pia.az