BQXK: "Suriya və İraqda saxlanma yerlərində, düşərgələrdə Azərbaycan vətəndaşları var"

"Suriya və İraqda saxlanma yerlərində, düşərgələrdə Azərbaycan vətəndaşları var".

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 2021-ci il fəaliyyətləri ilə bağlı keçirilən tədbirdə bildirilib.

Qeyd olunub ki, həmin şəxslərə BQXK-nın nümayəndələri baş çəkir: "Saxlama şəraiti tanış olunur, ailələri ilə əlaqə saxlamağa imkanlar yaradılır. Əsasən saxlanan şəxslər kişi cinsli şəxslərdir. Lakin qadın və uşaqlar da var".

pia.az