MAQATE və "Rosatom" rəsmiləri Zaporojye AES-i müzakirə edib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi "Rosatom"un rəhbəri Aleksey Lixaçevlə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Rafael Qrossi tviter hesabında bildirib.

Tərəflər arasında görüş Türkiyənin İstanbul şəhərində baş tutub.

Müzakirələr zamanı Ukraynadakı Zaporojye atom elektrik stansiyasındakı vəziyyət və obyektdə təhlükəsizliyin təmin edilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.

pia.az