Jurnalistlərin dörd ayı necə keçib?

Media hüquqçusu Xalid Ağalıyev yazır ki, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda jurnalistlərlə bağlı azı 60 insident qeydə alınıb: “Bu sıraya peşə fəaliyyətini yerinə yetirərkən basqılar, məhkəməyə çəkilmə, cərimələnmək, cinayət işi açılması, ölkədən çıxışa yasaq qoyulması, məhkəmə proseslərindən bilgi toplanmasına imkan verilməməsi, prokurorluğa çağırılıb sorğu-sual edilmə və başqa olaylar daxildir. Böhtan və təhqir ittihamı ilə məhkəmə çəkişmələri olub, dörd ayda belə şikayət və iddiaların sayı 10-u keçib. Məhkəmələrin belə işlərlə bağlı hökm və qərarlarının demək olar ki, hamısı əsaslandırlmamış olub.

Jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinə maneçilik yaradılmasından verdikləri 20-yə yaxın şikayətin heç biri təmin edilməyib.

Jurnalistlərin tərəf olduğu işlərdə dövlət qurumları, məhkəmələr 40-dan artıq qərar qəbul ediblər. Onların 3-ü jurnalistlərin xeyrinə olub – bir nəfərin ölkədən çıxışına qadağa qoyulması tələbi təmin olunmayıb, iki nəfərə qarşı xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunub”.

pia.az