Putinin şəxsi operatoru Ukrayna müharibəsinə görə işdən ayrılıb

Filatov: "Koviddən qorxan Putinə görə karantində qalmaqdan bezmişəm".

Rusiya prezidenti Vladimir Putinin şəxsi operatoru İlya Filatov fevralın 24-də Ukraynaya müharibə elan olunduqdan sonra işindən ayrılıb. PİA.az xəbər verir ki, bu barədə məlumatı "Proyekt" portalı yayıb.

Filatov özü isə işdən ayrılmaqla bağlı deyib ki, o, öz sənətində "tavana" çatıb və artıq koviddən qorxan Putinə görə karantində qalmaqdan bezib.

pia.az