Sabirabadda 6 şəhidin adı küçələrə verilib

Sabirabad şəhərinin 6 mərkəzi küçəsinə şəhidlərin adları verilib.

"Report"un Muğan bürosunun məlumatına görə, adların verilməsində məqsəd onların adlarının əbədiləşdirilməsidir.

Bunlar Aprel döyüşləri şəhidi, Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Murad Mirzəyev, Vətən müharibəsi şəhidləri Şahlar Cəfərov, Anar Məmmədov, Aqşin Quliyev, Firavan Əsgərov və Fərhad Məlikzadədir.

Qeyd edək ki, sözügedən şəhidlərin hamısı Sabirabad rayonunda anadan olublar.

pia.az