Lvovda səfərdə olan aktrisa Ancelina Coli bomba sığınacağına qaçmalı olub - Video

Hollivudun məşhur aktrisası Ancelina Coli Lvovda səfərdədir.

APA Unian-a istinadən bildirir ki, hava sireninin səsindən sona o, izdihamla birlikdə sığınmaq üçün qaçmağa məcbur olub.

Onun qatar stansiyasına səfəri zamanı raket zərbəsi təhlükəsi olduğu üçün şəhərdə siren səslənməyə başlayıb. Könüllülər dərhal Coliyə daha təhlükəsiz yerə getməyi təklif ediblər. Beləliklə, o, xeyli insanla birlikdə bomba sığınacağına qaçıb.

pia.az