Avropa çempionatı: Azərbaycanın son 3 cüdoçusu mübarizəyə başlayır

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın son 3 cüdoçusü mübarizə aparacaq.

"Report"un məlumatına görə, yuxarı çəki dərəcələrində Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) çıxış edəcəklər.

90 kq1/16 final. Məmmədəli Mehdiyev - David Klammert (Çexiya)

100 kq1/16 final. Elmar Qasımov - Sedrik Olivar (Fransa)

+100 kq1/8 final. Uşangi Kokauri - İves Ndao (Belçika)

Qeyd edək ki, hələlik Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb. Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) isə 5-ci yeri tutub. Hazırda yığma ümumi komanda hesabında 5-ci, kişilərin yarışında 2-ci yerdə gedir.

pia.az