Paşa Talıblı: "Tanrının nəyinə lazımam, görən?"

Ən yaxşısı...

Kim sən biləni bilər ki;qadın evdə həvədimi?...amma yenə uçmağa daən yaxşısı dəvədi...min!

...builki qürbətçilikdənboynubükük qərib çıxdım!..Diogen tək çəlləyə girgözlə...bəlkə gəlib çıxdım!

...başımda şer havası,alnımdan da Ayı gözlə....Tanrımı? O da neyləsin?Nəfəsləri sayır...gözlə!

Nəfəsi candan ayırır...Gördüyünü gizlə...gözlə!...amma yenə ən yaxşısıgözləməkdi...gözlə, gözlə!

Bu divarda bulud hardan...

Yenə gecələrdən biri......mən yuxusuz, gecə diri....kiri könül, kiri, kiri!Mənim Tanrım daş divardı.

Bütün gecəni üz-üzə,göz-gözə qaldığım divar....sonuncu günahım kimiboynuma aldığım divar.

...uçuq ağzına baxıram,dişi tökülür üstümə....mənimTanrım daş divardı,daşı tökülür üstümə.

Mənim Tanrım daş divardı...Bu divarda dulud hardan?...Tanrının səsi gəlirdi,Ay gülürdü buludlardan.

Gölməçədəki Ay...

...gölməçədə bir Ay şəkligöy üzündən uzağıydı....nəfəsi gedib-gəlirdi,işığı hələ sağıydı.

...tanımadığım Ay şəkliadi..birisimi deyim?...mən ona su sonasımı,sular pərisimi deyim?

...o düşəndi düşüb göydən,qəmi həm azdı həm də çox!...yenə Ayı düşünürəm,heç ağlımda gölməçə yox!

Sarkazmla desək...

Eşq hər canı xatırlamır,şərab camını unudur....ayin və zəng səslərinəkilsə damını unudur.

...suda batır, oddan çıxır,üstdən girir, altdan çıxır.Kamın lütfü yaddan çıxır,könül kamını unudur.

Ruhumuzun pətək halı;hanı ətək-ətək balı?...hər dəfə Tanrı tək qalır!Yoxsa, hamını unudur?

Yazılmamış şer...

...təkliyini kimin əlindən alıb,kimin gözləriylə ağlayır Tanrı?Yəqin yer üzündə lazımam hələ...Məni yer üzündə saxlayır Tanrı!

Mən həm də bilirəm, yaxşı bilirəmgözü göz yaşından iri saxlayır....hamının yerinə saxlayır mənivə həm də hamıdan diri saxlayır.

Qarabasma bilib gülməkmi yaxşıyoxsa ağlamaqmı yasıma, görən?Bu qədər özünə yaxın saxlayır...Tanrının nəyinə lazımam, görən?

Qalırsan yenə əcəllə...

...zurna-qaval yağışlar daqədim-qayım üzə damır....söz deyə yağış dilində;varmı elə söz adamı?

Bu dünya rənglər köşkümü?...qarası tox, ağı acmı?...meyvə verəcək deyilsə,deyilsə, yavrum...ağacmı?

Havayı əl-qol atırsan...Heç nə tutulmur ac əllə!...hamı çıxıb gedir səndən,qalırsan yenə əcəllə!

...əcəllə işimiz olmur!Öləm bizik, sağ ahlarmı?...ümid yenə sabahadı!Öyrən, yavrum, sabah varmı?

Paşa Talıblı

pia.az