Vilayət Eyvazov rəisi təqaüdə göndərdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həsrət Aslanov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Vüqar Məcidov təyin edilib.

pia.az