Şirvanda “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” adlı elmi praktik konfrans keçirilib

Aprelin 28-də Şirvan şəhər Tarix-Diyarşünaslıq muzeyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” adlı elmi praktik konfrans keçirilib. Tədbir Şirvan şəhər İcra Hakimiyyətinin Ulu öndərin əziz xatirəsinə həsr olunmuş tədbirlər planı çərçivəsində təşkil olunub.

Yeni Azərbaycan Partiyasının sədri Zahir Qəhrəmanov, İcra Hakimiyyətinin nümayəndəsi Rəfael Nəsirov, Şirvan şəhər Tarix-Diyarşünaslıq muzeyinin kollektivi öncə Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Mərkəzi ziyarət olunub.

Tədbir Tarix-Diyarşünaslıq muzeyində davam edib. Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Muzeyin əməkdaşı Ləman Cavadova Ulu öndərə həsr olunmuş tədbirlərin əhəmiyyətindən danışıb.

Şirvan şəhər İcra Hakimiyyətinin Böyük məsləhətçisi–Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rafael Nəsirov Ulu öndərin titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində, ümumilikdə Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb.

Daha sonra çıxış edən muzeyin əməkdaşları Reyhanə Əlizadə, Aytac Vəliyeva, Şirvan şəhər 18 saylı təbiət, hümanitar təmayüllü məktəb–liseyin tarix müəllimi Ofelya Zərbəliyeva, Muzeyin direktor əvəzi Aynur İbrahimova, 10 nömrəli tam orta məktəbin tarix müəllimi Töhfə Cəlilova Heydər Əliyevin keçdiyi böyük və şanlı tarixi yolundan ətraflı danışıblar. Həm birinci hakimiyyəti dövründə, həm də ikinci dəfə hakimiyyətə gəldiyi vaxt Azərbaycan xalqına bəxş etdiyi dəyərlər barədə tədbir iştirakçılarına məlumat veriblər.Sonda ümumilli lider Heydər Əliyevə həsr olunmuş “Heydərnamə” şeiri əsasında hazırlanmış videofilm nümayiş olunub.

pia.az