Ukrayna və Rusiya arasında əsirlərin növbəti mübadiləsi olub

Ukrayna və Rusiya arasında əsirlərin növbəti mübadiləsi baş tutub.

APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib.

"Rusiya Kiyevlə hərbi əsirlərin mübadiləsi zamanı 12 mülki vətəndaşı və 33 hərbçini (20 əsgər, 13 zabit) təhvil verib", - İrina Vereşçuk deyib.

Onun sözlərinə görə, qaytarılan hərbi əsirlərdən beşi yaralıdır.

Baş nazirin müavini mübadilədə neçə rus əsgərinin qarşı tərəfə qaytarıldığını açıqlamayıb.

pia.az