Vilayət rəhbəri: "Mariupol düşmənə təslim edilməyib" 

"Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri bu il martın 1-dən tam blokadadadır. Buna baxmayaraq, şəhər Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir. Küçə döyüşləri gedir. Mariupol Ukraynadır".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Donetsk vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

"Düşmənin nə deməsindən, necə “feyk” məlumatlar yaymasından asılı olmayaraq, Mariupol şəhəri düşmənə təslim edilməyib. Təəssüf ki, Rusiyanın Mariupolda törətdiyi soyqırım nəticəsində təxmini hesablamalara görə, on minlərlə dinc sakin həlak olub", - deyə, P. Kirilenko əlavə edib.

pia.az