Bakıda səkkiz yaşlı uşağın intihar səbəbi məlum oldu - Yenilənib

Ötən gün Bakı şəhər Nəsimi rayonunda məktəblinin intihar etməsinin səbəbi bəlli olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü Ruin Tən Nəmin Kənan İləc yaşadığı N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asıb. Anası onu xəstəxanaya aparsa da, səkkiz yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalar zamanı gəlinən ehtimala görə, məktəbli oğlan sinif yoldaşı ilə problem yaşayıb.

Uşağın anası hadisədən əvvəl oğlunun sinif yoldaşının məktəbdə onu incitdiyini dediyini bildirib. Bundan sonra azyaşlı mənzildəki oyun otağına keçib. Bir qədər sonra isə onun anası otağa daxil olub və səkkiz yaşlı övladının özünü asdığını görüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı saytımıza təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Bakıda 8 yaşlı oğlan uşağı intihar edib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, N.Şahbazov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü V.M. (ad, soyadı şərti) özünü evdə asıb. Onu evdə anası asılı vəziyyətdə aşkarlayıb.

V.M.-nın məktəbdə sinif yoldaşının incitdiyi iddia edilir.

Baş Prokurorluğunun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

pia.az