DİN-in Mətbuat Xidmətində yeni kadr təyinatı olub

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni kadr təyinatı olub.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov həmin Xidmətin bölmə rəisi vəzifəsinə təyin edilib.

Qurumun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

pia.az