Ruslar əsirin kadrlarını anasına göndərib pul istədilər

Rusiya hərbçiləri əsir düşən ukraynalı əsgərin videosunu anasına göndərərək 5000 avro pul tələb ediblər.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak sosial şəbəkə hesabında paylaşım edib.

“Bu video rusiyalı əsgərlər tərəfindən ukraynalı əsirin anasına göndərilib. Onlar 5000 avro tələb edir və növbəti videoda oğlunun edam ediləcəyi ilə hədələyirlər. Rus əsgərləri getdikcə İŞİD yaraqlılarına bənzəyir. Rusiya terrorçu dövlət kimi tanınmalıdır”, - paylaşımda qeyd edilib.(yeniavaz)

pia.az