Ronaldo tarixə düşüb

Kriştiano Ronaldo futbol tarixinə İspaniya və İngiltərə çempionatlarının hər ikisində 100 qol səddini adlayan ilk oyunçu kimi düşüb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı Premyer Liqanın XXXIV turunun “Arsenal” – “Mançester Yunayted” matçının 34-cü dəqiqəsində fərqlənib.

Kriştiano 0:2 hesabı ilə geridə olan komandasının fərqi azaltmasına kömək edib. Vurduğu qolla ümidləndirən Ronaldo bununla da İngiltərə çempionatında 100-cü dəfə fərqlənib.

Qeyd edək ki, Ronaldo İngiltərədə “Mançester Yunayted”, İspaniyada “Real”ın formasını geyinib.

pia.az