Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin növbəti oyununa təyinatlar açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun bütün təyinatları müəyyənləşib.

 “Qəbələ” – “Qarabağ” oyununu İnqilab Məmmədov, “Səbail” – “Neftçi” matçını isə Rəvan Həmzəzadə idarə edəcək.

24 aprel (bazar)

17:30. “Qəbələ” – “Qarabağ”Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rəşad ƏhmədovHakim-inspektor: İmanxan SultaniAFFA nümayəndəsi: Seymur SəlimliQəbələ şəhər stadionu

18:30. “Sabah” – “Şamaxı”Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Əliyar AğayevHakim-inspektor: Ceyhun HaşımovAFFA nümayəndəsi: Aslan Şahgəldiyev“Bank Respublika Arena”

20:00. “Sumqayıt” – “Zirə”Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar HəsənliHakim-inspektor: Rövşən ƏhmədovAFFA nümayəndəsi: Rüfət Əmirov“Kapital Bank Arena”

20:00. “Səbail” – “Neftçi”Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rauf AllahverdiyevHakim-inspektor: Əmrah İbrahimovAFFA nümayəndəsi: Bəhram Qurbanov“ASCO Arena”

pia.az