Ukrayna millisinin sabiq üzvü müharibədə həlak olub

Atıcılıq üzrə Ukrayna millisinin sabiq üzvü İvan Bidnyak Rusiya ilə müharibədə həlak olub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Milli Olimpiya Komitəsi məlumat yayıb.

Beynəlxalq dərəcəli idman ustası Xerson vilayətində 36 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İvan Bidnyak 2010 və 2013-cü ildəki Avropa çempionatlarında gümüş medal qazanıb. O, London-2012 Yay Olimpiya Oyunlarının iştirakçısı olub.

pia.az