“Wolt”un kuryerləri etiraz etdi: bu gündən işləmirlər - Foto

Bakıda “Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi etiraz edib.

Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Bildirilir ki, maaş azlığından şikayətlənənlər şirkətin mobil proqramını dondurublar.

Əməkhaqlarının artırılmasını istəyən işçilər bu gündən işə çıxmayacaqlarını bildiriblər.

Tətil təşkilatçılarının sözlərinə görə, maaş artımı tələb edəndə şirkətdən hədə-qorxu gəlirlər ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var.

pia.az