Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi aparılıb

Bu gün Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.

Bunu Ukrayna Baş nazirinin müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müavini İrina Vereşçuk teleqram kanalında bildirib.

Bu dəfə Ukraynanın 10 nəfər hərbi əsiri (o cümlədən iki nəfər zabit) və 9 dinc sakini azad olunub.

“Azad olunanlar arasında yaralıların da olması çox mühümdür. Onlar artıq bütöv bir müalicə ala, reabilitasiya kursu keçə biləcəklər” – deyə Ukrayna rəsmisi qeyd edib.

pia.az