Qazaxda yol qəzasında bir ailənin 4 üzvü xəsarət alıb

Qazax rayonunda yol qəzası baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, qəza rayonun Cəfərli kəndində qeydə alınıb.

Qəza zamanı 1979-cu il təvəllüdlü Mustafayev Telman Məzahir oğlu, 1989-cü il təvəllüdlü Mustafayeva Mənsubə Süleyman qızı, onların övladları 2008-ci il təvəllüdlü Mustafayev Nəzrin Telman qızı və 2006-ci il təvəllüdlü Mustafayev Süleyman Telman oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

pia.az