İran ölkədən tərəvəz ixracına qadağa qoydu

Pomidor, kartof, badımcan, soğan satılmayacaq...

İran Ukrayna böhranı ilə əlaqədar ölkədən bir sıra kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyub. TASNİM agentliyinin yaydığı məlumata görə, bunu İranın kənd təsərrüfatı naziri Cavad Sadatinjad deyib.

Qadağa, ilk növbədə, bir sıra mallara qlobal tələbatın artması, qonşu ölkələrdə idxal tariflərinin aşağı salınması və daxili bazarın tələbatının tənzimlənməsi zərurəti ilə bağlıdır.

Beləliklə, ölkədən pomidor, kartof, badımcan, soğan ixrac etmək mümkün olmayacaq. Məhdudiyyətlər növbəti bildirişə qədər qüvvədə qalacaq. (AzPolitika.info)

pia.az