Ukrayna-Rusiya arasında əsirlərin növbəti mübadiləsi baş tutub

Ukrayna ilə Rusiya arasında hərbi əməliyyatlar başlanan gündən etibarən sayca beşinci əsir mübadiləsi prosesi baş tutub.

Bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşşuk məlumat verib.

“Ukrayna 60 hərbi qulluqçunun, o cümlədən 10 zabit və 16 mülki şəxsin mübadiləsini aparıb”, - deyə İrina Vereşşuk vurğulayıb.

pia.az