Estoniya və Bolqarıstan Rusiya gəmiləri üçün limanlarını bağladı

Estoniya və Bolqarıstan Rusiya gəmilərinin öz dəniz və çay limanlarına daxil olmasını qadağan edib.

Sənədə əsasən 16 aprel 2022-ci il saat 00:00-dan etibarən Rusiya Federasiyasının bayrağı altında qeydiyyatdan keçmiş bütün gəmilər üçün adıçəkilən ölkələrin dəniz və çay limanlarına giriş bağlanıb.

Məhdudiyyət 24 fevral 2022-ci il tarixindən sonra Rusiya bayrağını və ya qeydiyyatını başqa ölkəyə dəyişən gəmilərə də şamil edilir.

Qeyd olunub ki, qadağa Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarla bağlı Aİ-nin məhdudlaşdırıcı tədbirlər haqqında Əsasnaməsinə edilən dəyişikliklər əsasında tətbiq edilib.

pia.az