Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı 14-ə çatıb

Hindistanın Assam ştatının şimal-şərqində güclü yağışlar nəticəsində azı 14 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə NDTV telekanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Assamda pis hava üçüncü gündür ki, davam edir. Baş verən təbii fəlakət nəticəsində kəndlərdə yüzlərlə ev dağılıb, ağaclar uçub, elektrik xətləri kəsilib.

Məlumata görə, ümumilikdə 41 mindən çox insanın yaşadığı 1000-dən çox yaşayış məntəqəsi zərər çəkib.

Evsiz sakinlər yaxın şəhərlərə aparılaraq məktəblərin və dövlət qurumlarının binalarına yerləşdirilir.

Meteoroloqlar növbəti beş gündə güclü leysan və tufan yağacağını proqnozlaşdırırlar.

pia.az