Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini nəzərdən keçirir

Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketini nəzərdən keçirir.

Sayca altıncı olan tədbirlər planı “Sberbank”ın fəaliyyətinə və neft ixracına təsir edəcək.

“Biz Rusiyanın bank sektorunun 37%-ni təşkil edən “Sberbank”-a qarşı sanksiyaları nəzərdən keçiririk”, - deyə Avropa Komissiyasının sədri Ursula fon der Leyen “Bild”-ə məlumat verib.

Yeni sanksiyalar paketi Rusiya neftinə embarqonu nəzərdə tutmur. Lakin bu sahədə müəyyən məhdudlaşdırıcı sanksiyaları işə salacaq.

pia.az