Polşa ABŞ-ın gizli raketdən müdafiə bazasını sınaqdan keçirməyə hazırlaşır

Polşa hakimiyyəti yaxın günlərdə ABŞ-ın Redzikovo kəndində yerləşən gizli raketdən müdafiə bazasında sınaqlara başlamaq niyyətindədir.

ABŞ Raketdən Müdafiə Agentliyinin direktoru Con Hill bildirib ki, ordunun sınaqlar üçün artıq “dəqiq planı və çox aydın qrafiki” var. Bundan əlavə, hazırlıq işləri başa çatıb: raketdən müdafiə sistemlərinin bütün komponentləri yerindədir, lazımi avadanlıqlar quraşdırılıb.

Məlumata görə, bazanın tikintisi ABŞ-a 850 milyon dollara başa gəlib. O, erkən xəbərdarlıq radarı və 24 ədəd RIM-161 Standart Missile 3 Blok IIA anti-ballistik raketləri ilə təchiz edilib.

Qeyd olunur ki, Vaşinqton bazanı hələ 2018-ci ildə işə salmağı planlaşdırırdı, lakin layihənin başa çatma tarixi daim gecikdirilirdi. Bazanın fəaliyyətə başlaması ilə işlər isə Polşa hakimiyyətinin narahatlığına səbəb olan Ukraynadakı hadisələr kontekstində yenidən sürət götürüb.

pia.az