Ölkə ərazisində küləyin sürəti 30 m/s-a çatıb - Faktiki hava, Yenilənib

Ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi davam edir.

PİA.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 00:00-a olan məlumatına əsasən, küləyin ani maksimal sürəti Ağdam, Naftalan, Bərdə və Tərtərdə 28-30 m/s, Zərdabda 28 m/s, Şəmkirdə 24 m/s, Şəkidə 25 m/s, Göyçayda 22 m/s, Gəncə, Neftçala, Sabirabadda 20 m/s, Ceyrançöldə 17 m/s, Biləsuvar, Xaltanda 16 m/s, Kürdəmirdə 15 m/s, Ağstafa və Tovuzda 14 m/s-ə çatıb.

Bakıda və Abşeron yarımadasında: Bakıda 25 m/s, Maştağada 23 m/s, Pirallahı, Binədə 19 m/s, Çilov adası, Neft Daşlarında 18 m/s -dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrdir.

Şimal-qərb küləyinin sürətinin aprelin 13-ü gecə 25-30 m/s, səhər saatlarında isə 18-23 m/s, gündüz 15-18 m/s-dək olacağı, axşam isə 12 m/s-dək mülayimləşəcəyi gözlənilir.

***

Milli Hidrometeorologiya Xidmətinin aprelin 12-si saat 21:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi güclənib.

Xidmətdən PİA.az-a verilən məlumata görə, küləyin sürəti Ağdamda arabir 38 m/s, Bərdə və Tərtərdə 36 m/s, Ağdamda 34 m/s, Gəncədə 33 m/s, Naftalanda 32 m/s, Bərdə, Tovuz, Daşkəsəndə 28 m/s, Kəlvəzdə 25 m/s, Zərdab, Ağstafa, Şəmkir, Gədəbəydə 24 m/s, Balakəndə 21 m/s - dək güclənib, digər rayonlarda isə 15-20 m/s arasında gücləndiyi müşahidə edilir.

Ölkə ərazisində güclü küləkli hava şəraitinin aprelin 13-ü axşamadək davam edəcəyi gözlənilir.

pia.az