Ohanyanın “artsax” çıxartması - Brüssel razılaşmasına rus təxribatı?..

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bu gün parlamentin iclasında “artsax bayrağını” taxıb iclasları dörd günlüyə boykot etdiyini, fraksiyanın üzvləri ilə Xankəndiyə və sərhəd rayonlarına səfər edəcəklərini elan edib.

Hakim partiyanın deputatı Aleksanyan isə "bayrağı" çıxararaq buna ehtiyac olmadığını bildirib.

Qeyd edək ki, bu, son həftələrdə separatçı rejimin və Ermənistandakı siyasi qüvvələrin təxribatlar silsiləsinin davamıdır. Eyni zamnda Ermənistan parlamentinin bu qərarı Rusiyanın Brüssel razılaşmasını pozmaq üçün əl atdığı təxribat kimi də dəyərləmdirmək olar. Çünki Azərbaycan tərəfinin Rusiyanın buyruq quluna çevrilən Ermənistan müxalifətinin bu təxribatını cavabsız qoyacağı heç də inandırıcı görünmür.

pia.az