Qarabağda termal sanatoriyalar yaradıla bilər

“Bu gün Qarabağ bölgəsində termal sanatoriyaların yaranması üçün hər cür şərait var”

Bunu AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan turizm məsələləri üzrə ekspert Rəhman Quliyev deyib.

 O bildirib ki, Kəlbəcərdə, Zəngilanda bu kimi sanatoriyalar fəaliyyət göstərə bilər:

“Belə ki, “Kəlbəcərdə “İstisu”, Zəngilanda “Qotursu”, “Çinar” sanatoriyasının, Laçında, Şuşada olan sanatoriyaların ətrafında termal sanatoriyalar yaradıla bilər. Sovet dövründə bütün bu sanatoriyalar fəaliyyət göstərirdi. Təbii ki, böyük köç reallaşdıqdan sonra yaxın gələcəkdə, daha dəqiq desək yaxın 5 illikdə bunların hamısına baxılacaq. İnfrastruktur qurulmalıdır. Turist Azərbaycana gəlirsə, o ərazilərdə yaşayış yoxdursa, ora maraq göstərməz”.

“Bu gün dünyanın istənilən yerindən Azərbaycana gələn turist ölkədəki təhlükəsizlik məsələsini önəmli görür. Çünki ölkədə gecə saat 3-də belə turistlər sərbəst, təhlükəsiz hərəkət edə bilirlər. Bizə isə bir çox ölkələrdə axşam küçələrə çıxmamaq tövsiyə edilirdi”, - deyə ekspert qeyd edib.

pia.az