İtaliyada koronavirusun yeni variantı aşkarlanıb

İtaliyanın Emiliya Romaniya regionundakı Pievesestina Mikrobiologiya Laboratoriyasında koronavirusun “Omikron” və “Delta” ştamlarından yaranan yeni XF variantı aşkarlanıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, daha əvvəl Böyük Britaniyada 38 nəfərdə qeydə alınmış XF variantına bu dəfə iki ay bundan əvvəl İtaliya vətəndaşı yoluxub və vəfat edib. Əlli yaşında olan həmin şəxs bir çox xəstəliklərdən əziyyət çəkib.

Laboratoriya rəhbəri Vittorio Sambri bildirib ki, həmin şəxsin ölümünə səbəb koronavirus deyil.

pia.az