Siyəzəndə məktəbli bıçaqlanıb - Yenilənib

Siyəzən rayonunda məktəbdə baş verən bıçaqlanma hadisəsinin bəzi detalları məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, hadisə aprelin 5-də şəhərin C.Cabbarlı adına 1 saylı tam orta məktəbinin həyətində qeydə alınıb.

Belə ki, IX sinif şagirdi M.X. ilə X sinif şagirdi F.T. arasında əvvəl şəxsi münaqişə zəminində mübahisə düşüb. Daha sonra M.X. üzərində gəzdirdiyi bıçaqla onu bıçaqlayıb.

Bu gün M.X. Siyəzən Rayon Məhkəməsinin qarşısına çıxarılır. Məhkəmənin onun barəsində qərar verəcəyi gözlənilir.

***

Siyəzəndə rayonunda məktəbli bıçaqlanıb.

“Report”un xəbərinə görə, hadisə şəhərin C.Cabbarlı adına1 saylı tam orta məktəbində qeydə alınıb.

Belə ki, IX sinif şagirdi M.X. (ad, soy adı şərti) mübahisə zəminində X sinif şagirdi F.T.-yə (ad, soy adı şərti) bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb və əməliyyat edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, M.X. Siyəzən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov “Report”a faktı təsdiqləyib.

pia.az