Bakıda gecə klubundakı partlayışda yaralananlardan daha biri vəfat edib

Bakıda “Location” gecə klubunda baş verən partlayışda yaralananlardan daha biri vəfat edib.

PİA.az xəbər verir ki, hadisə zamanı ağır xəsarət alan Ayxan Feyzulladə adlı şəxs ölüb.

O, gecə klubunda ofisiant işləyirmiş.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a faktı təsdiqləyiblər.

Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da isə 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı vəfat edib.

pia.az