“Rossiya 24” telekanalının “feyk” xəbəri elə rusiyalı rejissor tərəfindən ifşa edildi - Video

Rusiyanın “Rossiya 24” telekanalında tamaşçılara təqdim edilən kadrların saxta olduğu və ümumiyyətlə Ukraynadakı hadisələrlə heç bir əlaqəsinin olmadığı üzə çıxıb.

Belə ki, reportajda rusiyalı aparıcı iddia edir ki, Ukrayna tərəfi dünya ictimaiyyətini aldatmaq üçün manekenləri öldürülmüş insanlar kimi təqdim etməyə cəhd göstərir.

Lakin xəbərə elə rusiyalı rejissor Nadejda Kolobaeva reaksiya göstərib.

O qeyd edib ki, sözügedən kadrlar Rusiyada, Leninqrad vilayətində çəkilən serialdan olan görüntüləridir.

Rusiyalı rejissorun bu barədə öz “Facebook” hesabında paylaşımından sonra “Rossiya 24” reportajı öz saytından silib.

Lakin artıq görüntülər sosial şəbəkələrdə yayılaraq geniş rezonans doğurub.

pia.az