ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi - Siyahı

ABŞ Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalar siyahısını yeniləyib.

Budəfəki siyahıya səkkiz rusiyalı və Rusiya Federasiyasından 29 təşkilat daxildir.

Siyahıya daxil olan şəxslər arasında USC-nin baş direktoru Aleksey Raxmanov da var. Siyahıda həmçinin “Rosmorrechflot”un rəhbəri Andrey Lavrişşov, “Qazprom” idarə heyətinin sədr müavini Vitali Markelov, USC-nin direktorlar şurasının sədri Georgi Poltavçenko, Hərbi Sənaye Komissiyasının idarə heyətinin üzvü və Rusiya hökuməti yanında Dəniz Qüvvələri Şurasının üzvü Vladimir Pospelov, Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev, Balıqçılıq üzrə Federal Agentliyin rəhbəri İlya Şestakov və “Rosneft”in informasiyalaşdırma, innovasiya və lokallaşdırma üzrə vitse-prezidenti Andrey Şişkin də var.

Sanksiyaya məruz qalan şirkətlərin siyahısına “Almaz” dizayn bürosu, “Baltiyski Zavod”, “Nevskoye” PKB, “Admiralteyskie verfi”, “Kronstadtskiy Morskoy zavod” və digərləri daxildir.

Bundan əlavə, “Lotos”,“Sredne-Nevski” və digər gəmiqayırma zavodlarına da sanksiyalar tətbiq edilib.

pia.az