Rusiyanı Avropa İttifaqında təmsil edən 19 şəxs “persona non-qrata” elan edildi

Avropa İttifaqı Rusiyanın daimi missiyasının 19 əməkdaşının arzuolunmaz şəxs (persona non-qrata) elan edilməsi barədə qərar qəbul edib.

Bu barədə Avropa İttifaqının xarici siyasət xidmətindən məlumat verilib.

“Rusiyalı əməkdaşlar diplomatik statuslarına zidd olan və Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasını pozan fəaliyyətlərdə iştirak etdikləri üçün ittifaqdan çıxarılacaqlar”, - xidmətin açıqlamasında bildirilir.

Qeyd olunur ki, qərar Buça hadisələri fonunda qəbul edilib.

“Avropa İttifaqı Ukrayna və Ukrayna xalqı ilə tam həmrəydir və beynəlxalq tərəfdaşlarla koordinasiyada hər cür dəstəyi göstərməyə davam edəcək” – Avropa İttifaqının açıqlamasında bildirilir. (oxu.az)

pia.az