"Nə qədər yalançı olsan, o qədər də at oynada bilərsən" - Namiq Qaraçuxurlu

ARB TV-nin "Söz Baz" verilişinin növbəti qonağı müğənni Namiq Qaraçuxurlu olub.

PİA.az bildirir ki, ifaçı Şou-biznesin qaydalarına məcburiyyətdən əməl etdiyini deyib:

"Şou-biznes mənimlə, düşüncələrimlə uyğun gəlmir. Şou-biznesin qayəsi nədir? Nə qədər yalançı olsan, o qədər də at oynada bilərsən. Ona görə mənə qəribə gəlir ki, bəzi aparıcı və müxbirlər şou-biznesdə həqiqət axtarır. Əslində onlara kimin yaxşı cavab verməyi lazımdır. Lağ mənasında demirəm, şou-biznes istedad tələb edir. Məsələn, bəzən gözümü yumub klipimə maraq artırmaq üçün hansısa xanımla şəklimi qoyub, 1 gün yoxa çıxıram. Məcburən mən də edirəm, amma ayıbını etmirəm".

pia.az