“Fərrux və Eddili kəndlərində aşkarlanan məzarlıqlar erməni vandalizminin dəyişmədiyini göstərir” - Könül İsmayılova

Son günlər aktual mövzu olan Xocavəndin Fərrux və Edilli kəndlərində aşkarlanan kütləvi məzarlıqlar barədə Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova fikir bildirib.

Könül İsmayılova deyib ki, bu məzarlıqların aşkar edilməsi erməni həqiqətlərinin üzə çıxması baxımından çox vacib idi:

“İşğaldan azad edilən ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı amansızlıqla qətlə yetirilən mülki Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqları aşkarlanır. Belə ki, Xocavəndin Fərrux və Edilli kəndlərində kütləvi məzarlıqlar tapıldı. Bu məzarlıqların 1-ci Qarabağ müharibəsi zamanı Fərrux kəndi və Daşbaşı yüksəkliyi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduqları təxmin edilir.

Bu məzarlıqların aşkar edilməsi erməni həqiqətlərinin üzə çıxması baxımından çox vacib idi. Məlumdur ki, 3 min 890 nəfər soyadlarımız hələ də girov götürülmüş və itkin düşmüş sayılır. Aşkar edilən məzarlıqdan belə qənaətə gəlmək olar ki, ermənilər öldürülən şəxslərin izlərinin itirilməsi məqsədilə onlara kütləvi məzarlıqlarlar qazıblar. Aşkarlanan qalıqlarından da görünür ki, həmin şəxslərin bir çoxu xüsusi amansızlıqla öldürülüb”.

Müasir Müsavat Partiyasının sədr müavini onunda qeyd edib ki, 31 Mart soyqırımı ərəfəsində belə bir məzarlıqların aşkar edilməsi, əslində çox mətləblərdən xəbər verdi:

“Azərbaycan xalqının ən faciəli qan yaddaşı olan 31 Mart soyqırımı ərəfəsində belə bir məzarlıqların aşkar edilməsi, əslində çox mətləblərdən xəbər verdi. Fərrux və Eddili kəndləri ətrafında aşkarlanan kütləvi məzarlıqlar illər keçsə də, erməni vandalizminin, vəhşiliyinin dəyişmədiyini göstərir. Buna görə də Azərbaycan xalqının başına gətirilən bütün faciələrin səbəbkarı olan ermənilərlə necə davranmalı olduğumuzu bilməliyik”.

pia.az