Kürdəmirdə mikroavtobus qoyun sürüsünə girib, 15 xırdabuynuzlu tələf olub

Kürdəmirdə mikroavtobus 15 baş xırdabuynuzlunu vuraraq tələf edib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

Bərdə-Tərtər xətti üzrə sərnişindaşınmanı həyata keçirən "Mercedes" markalı mikroavtobus hərəkətdə olarkən idarəetmədən çıxıb və qoyun sürüsünə girib.

Nəticədə kənd sakinləri Məmmədov Mübariz Özbək oğlu və Ağayev Zahid Bahadur oğluna məxsus 15 baş xırdabuynuzlu heyvan ölüb və bir neçəsi ölümcül hala düşüb.

Sürücünün sözlərinə görə heyvan sürüsü onun qarşısına qəfildən çıxıb və avtomobili saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az