Xalq artisti vəfat edib

Xalq artisti Zülfüqar Abbasov bu gün səhər saatlarında 82 yaşında vəfat edib.

Bu barədə APA-ya Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev məlumat verib.

Qeyd edək ki, Zülfüqar Qulu oğlu Abbasov 1940-cı ilin may ayında qədim Borçalı mahalında anadan olub. Rejissor kimi əmək fəaliyyətinə İrəvan Dövlət Dram Teatrında başlayıb. Sonra Mingəçevir şəhər Məziyə Davudova adına Dövlət Dram Teatrı, Qazax teatrlarında-baş rejissor, direktor və bədii rəhbər kimi çalışıb.

Allah rəhmət eləsin!

pia.az