Britaniya Ukraynaya əlavə hərbi yardım göndərməyə razılıq verib

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, Britaniya və onun müttəfiqləri özünümüdafiə üçün Ukraynaya daha çox hərbi yardım göndərməyə razılaşıblar.

APA-nın London bürosunun “Reuters“ə istinadən xəbərinə görə, Uolles bu açıqlama ilə Ukrayna üçün ikinci Beynəlxalq Donor Konfransından sonra jurnalistlər qarşısında çıxış edib. Müdafiə naziri bildirib ki, müttəfiq ölkələr Ukraynaya daha çox yardım göndərmək barəsində razılığa gəliblər.

Yardıma hava və sahil müdafiə sistemləri, uzaqmənzilli mənzilli artilleriya, zirehli maşınlar, eləcə də daha geniş təlim və maddi-texniki dəstək vasitələri daxildir.

pia.az