Cəlilabadda dəhşət: qadın mülk üstündə qaynı tərəfindən öldürülüb

Cəlilabad rayonunda ötən axşam baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisəyə mülk üstə düşən mübahisə səbəb olub.

Belə ki, mübahisə nəticəsində rayonun Qarakazımlı kənd sakini 1973-cü il təvəllüdlü Südabə Əlixan Həsənova qaynı, 1976-ci il təvəllüdlü Mehdi Dədəxan Həsənov tərəfindən bıçaqla qətlə yetirilib.

Həmin vaxt M. Həsənov da bıçaq xəsarətləri alıb. Mehdi Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

31.04.2022

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Qarakazımlı kəndində qeydə alınıb.

Belə ki, 1973-cü təvəllüdlü Həsənova Südabə Əlixan qızı ürək nahiyəsindən bıçaqlanıb və xəstəxanaya çatdırılan zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

pia.az