Beş yaşlı Kənanın köməyə ehtiyacı var - Foto

Kənan Əlicanov 09.05.2016-cı ildə Qax rayonunda anadan olub. Ailəmizim ikinci övladıdır. Ona 05.07.2017-ci ildə betta talassemiya-ara forma diaqnozu qoyuldu.

Eyni zamanda Qlukoza -6 fosfatdehidrogezanin çatışmamazlığı nəticəsində yaranan anemiya aşkarlandı. Lakin 30.09.2020-ci il tarixindən hemoqlabin səviyyəsi davamlı aşağı olduğuna görə və kəllə sümüyundə talassemiyaya xas dəyişikliklərə görə hemotransfuzion rejimə alaraq betta talassemiya böyük forma diaqnozuna keçirilmişdir. Hazırda ayda 1-2 defe eritrositar kütlə köçürülür.

Böyuk oğlumdan donorluq üçün analiz götürdülər. Lakin uygunluq 50% oldu. Əger uyğunluq olsaydı bu əməliyyat pulsuz olacaqdı.

O səbəbdən biz 18.01.2022-ci ildə Emsey hospitalın Azərbaycandakı nümayəndəliyinin aracıllğı ilə Türk donor bankına müraciət etdik. Və həmin donor bankından bizə müsbət cavab gəldi. Kənanın donorunu 6 ay ərzində bron etmişik. Sumuk iliyi əməliyyat üçün bizə 69550$ vəsait lazımdır. Artıq 2 aydır kompaniya başlatmışıq kart hesabına 47 000 AZN yıgılıb. Əməliyyat Türkiyə də İstanbul şəhirində Emsey hospitalda baş tutacaq.

pia.az