Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adları açıqlanıb - Siyahı

Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adlarını açıqlayıb.

Dövlət Komissiyasından bildirilib ki, Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumaasiyası işləri davam etdirilir.

Bu istiqamətdə aparılan növbəti tədbirlər zamanı, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.

Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılan meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcəkdir.

"Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər (siyahı əlavə edilir) Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda, Dövlət Komissiyasında toplanan məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.

Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - Dövlət Komissiyasından bildirilib.

Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı

N Soyadı, adı və atasının adı, təvəllüdü, itkin düşdüyü tarix

1 Abdullayev Əlibala Teyyub oğlu 27.02.1972 19.09.19922 Ağayev Arzu Nazir oğlu 16.12.1973 24.01.19933 Allahverdiyev Baba Müseyib oğlu 13.11.1971 28.10.19924 Allahverdiyev Əhməd Ənvər oğlu 30.04.1974 19.01.19935 Bağırov Baləddin Yusif oğlu 19.11.1972 18.09.19926 Basenşpiler Mixail Arifoviç 04.02.1963 19.09.19927 Baxışov Xəlil Salman oğlu 01.07.1965 28.09.19928 Bədirxanov Mehman Əhməd oğlu 27.02.1957 19.09.19929 Behbudov Əli Durmuşəli oğlu 01.06.1971 19.09.199210 Cəbrayılov İlham İbrahim oğlu 17.01.1973 19.09.199211 Cəfərov Mehman Əbdülrəhman o 28.01.1968 20.01.199312 Cəfərov Sənan Vəli oğlu 05.08.1972 25.01.199313 Dadaşov İlham Adil oğlu 19.06.1973 19.09.199214 Eminov Mehman Bəhram oğlu 01.03.1974 25.01.199315 Eyvazov Məsud Eynulla oğlu 08.12.1972 19.09.199216 Əhmədov Faiz Mahmud oğlu 15.10.1956 20.01.199317 Əliməmmədov Vahid Zəbişah oğ 07.11.1971 13.11.199218 Əliyev Hidayət Kamal oğlu 01.02.1973 27.10.199219 Əliyev İlqar Hidayət oğlu 01.12.1972 24.01.199320 Əmiraslanov Bəxtiyar Cahid oğlu 11.09.1971 29.10.199221 Əsgərov Bəxtiyar Ağabala oğlu 25.01.1973 19.09.199222 Əzizov Pərviz Bayramqulu oğlu 18.12.1969 28.10.199223 Fərzəliyev Vidadi Molut oğlu 01.06.1962 25.01.199324 Həbibov Elnur Paşa oğlu 21.12.1973 26.01.199325 Həsənov Eldəniz İlyas oğlu 17.12.1969 01.01.199326 Hüseynov Cəsarət Binnət oğlu 01.11.1973 27.10.199227 Hüseynov Hüseyn Əhməd oğlu 21.06.1935 19.01.199328 Hüseynov Vüqar Cavanşir oğlu 31.05.1973 19.09.199229 Hüseynov Vüqar Tahir oğlu 09.07.1973 25.01.199330 Hüseynov Xəqani Saleh oğlu 10.06.1970 28.10.199231 İbadov Maarif Məhiş oğlu 18.05.1971 29.09.199232 İbrahimov Kərəm Hümbət oğlu 05.05.1972 28.10.199233 İsmayılov Tahir İsa oğlu 19.01.1965 30.10.199234 İsrafilli Həsən Hüseyn oğlu 05.03.1958 18.06.199235 Kərimov Xaləddin Telman oğlu 09.11.1968 27.10.199236 Qəhrəmanov Vidadi İslam oğlu 30.03.1971 19.01.199337 Qəhrəmanov Qəhrəman Süleyman 05.03.1973 30.09.199238 Qubadov Vüqar Hicran oğlu 07.02.1973 19.09.199239 Qurbanov Natiq Mirzəli oğlu 16.02.1970 30.10.199240 Qurbanov Rasim Fikrət oğlu 19.12.1972 28.10.199241 Qurbanov Şaban Qulu oğlu 08.11.1972 28.10.199242 Məmmədov Elman Nurəddin oğlu 25.08.1970 11.02.199343 Məmmədov Faiz Kərim oğlu 14.09.1971 29.10.199244 Məmmədov İlqar Nuru oğlu 01.07.1961 26.01.199345 Məmmədov İlqar Şirzal oğlu 08.09.1971 19.09.199246 Məmmədov Mehman Tofiq oğlu 15.04.1972 19.09.199247 Məmmədov Pərviz Aşralı oğlu 04.05.1973 27.10.199248 Mənsimov Rüstəm İsrafil oğlu 01.07.1970 28.10.199249 Mirzəyev Araz Seyfəddin oğlu 28.07.1973 25.01.199350 Muxtarov Aydın Şaban oğlu 29.05.1974 24.01.199351 Namazov Pəhlivan Elman oğlu 29.12.1969 19.01.199352 Namazov Elçin Mahmud oğlu 13.09.1962 30.10.199253 Nyuneçkin Vladimir Anatolyeviç 03.02.1961 28.10.199254 Orucov Kamran Niyətulla oğlu 27.01.1974 19.09.199255 Ömərov Nizaməddin Məcid oğlu 09.10.1974 21.01.199356 Salmanov Sahib Salman oğlu 16.04.1973 28.10.199257 Səmədov Hümbət Əhəd oğlu 04.12.1966 13.06.199258 Svanidze Məhəmməd Fəzli oğlu 18.04.1974 22.01.199359 Şirinov Zahid Əsədulla oğlu 31.08.1971 20.09.199260 Tarverdipur Elşad Hüseyn oğlu 18.03.1971 28.10.199261 Təsəlliyev Aqil Böyükağa oğlu 02.02.1973 25.01.199362 Zeynalov Bədəl Babası oğlu 19.11.1973 25.01.1993

pia.az