Hafiz Hacıyevə ağır itki üz verdi

Müasir Müsavat Partiyasını sədri Hafiz Hacıyevin anası dünyasını dəyişib.

Bu barədə Müasir Müsavat Partiyasından xəbər verilib.

Hafiz Hacıyevin anası Göygöl şəhərində yaşayırdı. O, səhər saatlarında rəhmətə gedib. Bu gün günorta Göygöl şəhərində dəfn olunacaq və yas mərasimi də orada keçiriləcək.

Partiyanın bütün üzvləri Hafiz Hacıyevə bu ağır itki ilə bağlı başsağlığı verir. Allah Hafiz bəyə səbr versin. Anasının qəbri nurla dolsun.

Allah rəhmət eləsin!

pia.az