Azərbaycan idmançısı Fransada çempion oldu - Foto

Azərbaycanı dağ xizəyi üzrə yarışlarda təmsil edən İlya Kostov Böyük Britaniya dağ xizəyi çempionatında birinci yeri tutub.

Fransanın Tin xizək kurortunda baş tutan yarışda 17 yaşlı idmançı U-18 kateqoriyasında dağdan eniş növündə qızıl medal qazanıb.

İkinci yerə fransalı Dilan Hakkar, üçüncü yerə isə macarıstanlı Attila Banyal sahib olublar.

Kostov ümumi nəticələrə görə isə üçüncü yerdə qərarlaşıb. Yarışda Fransa, Macarıstan, İtaliya, ABŞ, Avstraliya və Kanadadan ümumilikdə 30 xizəkçi qatılıb.

Qeyd edək ki, İlya Kostov Azərbaycanı dağ xizəyi üzrə yarışlarda ötən ildən təmsil edir.(oxu.az)

pia.az